“Neftçi” klubu ilə PwC şirkəti arasında müqavilə imzalanıb

“Neftçi” klubu ilə PwC şirkəti arasında müqavilə imzalanıb
15:18 12 Yanvar 2016
9 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu dünyanın aparıcı peşəkar xidmət şirkəti olan PwC (PricewaterhouseCoopers) ilə əməkdaşlıq çərçivəsində müqavilə imzalayıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, dünyanın məşhur audit və konsaltinq şirkəti olan PwC “Neftçi”yə müstəqil auditor xidməti göstərməklə yekun maliyyə hesabatını yoxlayacaq. Bununla klub səhmlərini satışa çıxarmaq istiqamətində vacib addım atmış olacaq. Yekun hesabatda klubun büdcəsi, maliyyə xərcləri və dəqiq rəqəmlər öz əksini tapacaq. Bu maliyyə şəffaflığının təmin edilməsi və gələcəkdə sponsorların cəlb edilməsində mühüm rol oynayacaq. Müstəqil auditor şirkətinin rəyi əsasında hazırlanmış yekun hesabat sayəsində iqtisadi münasibətlərin sağlam inkişafı üçün zəmin yaranacaq.
Müqavilə “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və PwC Azerbaijan şirkətinin idarəedici partnyoru Mövlam Paşayev tərəfindən imzalanıb.
Tədbirdə “Neftçi”nin əməkdaşları da iştirak ediblər. PwC-nin iş prosesi ilə tanış olan əməldaşlara şirkətin fəaliyyət göstərdiyi sahələrlə bağlı geniş məlumat verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchi_klubu_ile_PwC_sirketi_arasinda_muqavile_imzalanib-917750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR