Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda 22 İŞİD və "Taliban" terrorçusu öldürüldü

Əfqanıstanda 22 İŞİD və "Taliban" terrorçusu öldürüldü

Date: 12 January 2016 15:22

Əfqanıstan Hərbi Hava Qüvvələrinə aid helikopterlər terrorçu İŞİD qruplaşması və "Taliban" hərəkatının mövqelərini bombalayıb. 

Report "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Bombalama nəticəsində 22 silahlı öldürülüb. 

Məlumata görə, ölkənin şərqində yerləşən Nanqarhar əyalətinin Açin rayonunda İŞİD-in mövqelərinin bombalanması nəticəsində 18 silahlı, Əfqanıstanın cənubunda, Gilmend əyalətinin Gereşek rayonunda ordunun keçirdiyi reyddə isə 4 "taliban"çı zərərsizləşdirilib.

Milli.Az


Tags:  Əfqanıstanda 22 İŞİD Taliban terrorçusu öldürüldü


RƏYLƏR


Top news