Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saxta pul satanların istəyi reallaşmadı

Saxta pul satanların istəyi reallaşmadı

Date: 12 January 2016 15:24

Bakı Apellyasiya Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Kərimov Qadir Əbdülhüseyn oğlu və Babayev Valeh İsrafil oğlu barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, 2014-cü ilin dekabrında Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Astara rayon sakinləri Qadir Kərimov və Valeh Babayevdən saxta əsginaslar götürülüb. Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən Q.Kərimov və əvvəllər məhkum olunmuş V.Babayev şübhəli şəxs qismində PB-yə gətiriliblər. Q.Kərimovdan 250 min rubl saxta əsginas götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, həmin ilin noyabr ayının 23-də 28 May küçəsində yerləşən "Standart Bank"a məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250 min rubl saxta əsginas verib 3075 manat almaları müəyyən edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 204.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama , əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Babayev 9 il , Q.Kərimov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qadir Kərimov məhkəmə zalında həbs edilib. O, istintaq dövründə şərti azadlıqda olub. Hər iki şəxs hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. 


Tags:  Saxta pul satanların istəyi reallaşmadı

RƏYLƏR


Top news