Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəranda bir qrup sakin aksiya keçirib

Lənkəranda bir qrup sakin aksiya keçirib

Azərbaycan cəmiyyətindən 250 minlik aksiya (24 Mart 2017 12:34)
Ermənistanda növbəti aksiyası keçirilib (23 Mart 2017 22:18)
Niderlanddan Türkiyəyə qarşı ŞOK ADDIM - FOTO (21 Mart 2017 16:53)

Tarix: 12 Yanvar 2016 15:24

Bu gün Lənkəran rayonunun Liman qəsəbəsində bir qrup rayon sakini aksiya keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Ələt-Astara magistralını bağlamağa cəhd göstəriblər.

Hadisə yerinə polis qüvvələri cəlb edilib, eyni zamanda rayon icra hakimiyyətinin rəsmiləri gəlib. Lənkəran şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, aksiyanı spirtli içkilər və tütün məmulatlarını ala bilməyənlər keçiriblər: "1 yanvar 2016-cı il tarixdə  spirtli içkilər və tütün məmulatların plastik kartla satışından ötrü mağazalarda həmin məmulatların olmaması və olanlardan da satıcıların plastik kart olmadığından ala bilməmələrinə görə 100-ə yaxın Liman sakinləri və ətrafa toplaşan vətəndaşların buna etiraz əlaməti olaraq aksiya keçirməyə və Ələt-Astara yolunu bağlamağa cəhd ediblər. Lənkəran şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”.


Teqlər:  lenkeranda aksiya lenkeran liman aksiya



RƏYLƏR


Top xəbərlər