Alman jurnalist Qarabağda

Alman jurnalist Qarabağda
15:26 12 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya milli radiosu “Deutschlandfunk” Azərbaycanın işğal altındakı ərazilərindən reportaj yayıb.

ANS PRESS-in məlumatına görə radionun saytında yerləşdirilmiş reportajdan məlum olur ki, “Deutschlandfunk”un əməkdaşı Sven Töniges qondarma “DQR”in Berlindəki “turizm ofisinin” təbliğatı əsasında Azərbaycanın işğal altındakı ərazilərinə ezam edilib. Onunla birlikdə bir qrup almaniyalı turist də Qarabağa gəlib.

Reportajda deyilir ki, alman jurnalisti “Qafqazın İsveçrəsi olan Dağlıq Qarabağa” səfər etməyə separatçıların nümayəndəsi Berlində keçirilən turizm sərgisi zamanı dəvət edib. Radionun aparıcısı bildirir ki, o, razılıq verəndən sonra bir neçə həftə ərzində “DQR vizası” əldə edib.

Alman aparıcı İrəvan üzərindən Azərbaycanın işğal atındakı ərazilərinə daxil olub, Şuşadakı otellərdən birində yeyib-içən erməni veteranlarının məclisini təsvir edib. Eyni zamanda reportajda qeyd olunur ki, Dağlıq Qarabağın “müstəqilliyini” heç kim, hətta Ermənistan tanımayıb.

Qondarma “respublikanın” turizm “naziri” Sergey Şahverdiyanla görüşünü təsvir edən alman aparıcı bildirir ki, Dağlıq Qarabağın inkişafı turizmdən keçir. Alman turistləri Ağdam yaxınlığında ermənilərin apardıqları və “qədim Tiqranakert şəhərinin qalıqlarının tapıldığı” yerləri də gəzdiriblər. Ancaq yer üzündən silinmiş Ağdam şəhərinə daxil olmağa qoymayıblar. Onları müşaiyət edən separatçılar deyiblər ki, Ağdam şəhərinin ərazisi hərbi zona olduğu üçün ora daxil olmaq qadağandır. Bununla belə reportajda qeyd olunur ki, Ağdam ermənilərin dağıtdığı Azərbaycan şəhəridir.

“Deutschlandfunk” Almaniyanın milli radioyayım şirkəti “Deutschlandradio”nun ictimai-siyasi və mədəniyyət mövzularına həsr olunmuş proqramıdır. Yəni dövlətə məxsusdur. Vaxtilə Hitler Almaniyasının əsas təbliğat ruporu olan “Deutschlandsender” radiosunun əsasında və tezliyində yaradılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə hazırda bu məsələ araşdırılır və açıqlama veriləcək.




Bir müddət əvvəl isə "Lifenews" saytının müxbiri Qondarma rejim olan Dağlıq Qarabağda olub.

ANS PRESS-in məlumatına görə, jurnalist Yelizaveta Xramtsova təmas xəttində olub, erməni əsgərlərlə görüşüb. Jurnalist reportajı separatçı rejimin müstəqilliyinin 25 illiyi ilə əlaqədar hazırlayıb.
Yelizaveta Xramtsova qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyi dünya ictimaiyyəti tərəfindən tanınmır.
Dünya ölkələri bu ərazini müstəqil dövlət kimi deyil, Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

"Lifenews"əməkdaşı Dağlıq Qarabağda məskunlaşan erməni ailəsində, xalçatoxuma, tikiş fabriklərində olub.

Müxbir SSRİ-nin sonuncu geologiya naziri (1989-1991) Qriqori Qabrielançla da görüşüb. Sabiq nazirin sözlərinə görə, o, Bakıda doğulub. 5 il bundan əvvəl tamamilə Şuşaya köçüb. Dağlıq Qarabağ haqqında jurnalistə məlumat verən Qriqori, bu ərazinin qiymətli metallarla zənginliyi barədə danışıb.


Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları


Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Xocavənd, Ağdərə, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxildir.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlər XİN-in "qara siyahısı"na düşür.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR