Bu il Azərbaycan universitetlərindən birində tələbələrin dərsə davamiyyəti barmaq izi ilə həyata keçiriləcək

Bu il Azərbaycan universitetlərindən birində tələbələrin dərsə davamiyyəti barmaq izi ilə həyata keçiriləcək
15:27 12 Yanvar 2016
32 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbələrin meyitləri ailələrinə təhvil verildi - FOTOLAR (09 Mart 2017 14:43)

Bakı. 12 yanvar. REPORT.AZ/ "Bu ilin sentyabr ayından tələbələrin dərsə davamiyyəti barmaq izi ilə həyata keçiriləcək. Bununla da müəllim tələbələrin dərsə gəlib-gəlməməsini yoxlamağa həsr etdiyi vaxtı dərsə ayıracaq". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov jurnalistlərlə görüşündə deyib.
Rektorun sözlərinə görə, bu sistem universitetdə fəaliyyət göstərən "SABAH" qruplarında tətbiq olunur.
O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə müəllimlərin dərslərinin əvəz olunması məsələsi də həllini tapacaq: "Buna son qoymaq üçün müəllimlər elektron jurnalı ancaq barmaq izi ilə aça biləcək. Yalnız icazə verilən zaman müəllimləri kimsə əvəz edə bilər".
Ə.Muradov əlavə edib ki, UNEC-in hazırda 4 korpusu fəaliyyət göstərir: "3 korpusda maddi texniki baza çox yaxşı, birində isə vəziyyət çox pisdir. Söhbət III korpusdan gedir. Həmin korpusun öz vəsaitimiz hesabına müasir tələblərə çevrilməsi istiqamətində işlər görürük".
Rektor UNEC-də hansı məqamlarda neqativ hallar müşahidə olunduğunu bildiyini də vurğulayıb: "Bilirəm ki, hansı müəllimin potensialı necədir. Tələbələrin nədən narazı olduqlarını da çox gözəl bilirəm. Hazırda bu kimi problemlərin üzərində çalışırıq. Səmimi şəkildə deyirəm ki, imtahanlarda heç bir neqativ hal müşahidə olunmur".
O, həmçinin qeyd edib ki, universitetdə beynəlxalq iqtisadiyyat məktəbi yaradılıb: "Bütün fənlər 5 ixtisas üzrə ingilis dilində tədris olunur. Eyni zamanda, MBA proqramı üzrə bu il yeni 7 ixtisas üzrə qəbul planı sifariş verilib. Magistratura üzrə isə 3 ixtisas üzrə olmaqla, ümumilikdə 10 ixtisas üzrə kadr hazırlığı həyata keçirmək niyyətindəyik. Əsas gücümüzü əcnəbilərə yönəldirik. Onlardan tutulacaq təhsil haqqını biz əhəmiyyətli dərəcədə artırmışıq. Belə ki, MBA-da oxuyacaq əcnəbi tələbələr üçün təhsil haqqı 4 000 dollardır. Azərbaycanlılar üçün isə bu rəqəm 3 000 manatdır. Hazırda universitetdə 400-ə yaxın əcnəbi tələbə təhsil alır".
Rektor onu da vurğulayıb ki, universitetdə 18 min tələbə təhsil alır və hər il təxminən 4 000 tələbə məzun olur. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46

Məsciddə atışma: 4 ölü

25 İyun 2017 23:38

Almaniya və Çili yarımfinalda - VİDEO

25 İyun 2017 23:37

Jaguar-dan yeni universal XF - FOTO

25 İyun 2017 23:37

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37

Tanış olun: İnstagram-dakı zəngin valideynlər - FOTO

25 İyun 2017 22:32

Yəməndə məcidlərin birində atışma: 4 ölü

25 İyun 2017 22:29

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir

25 İyun 2017 22:27