ŞOK PROQNOZ: "Neft 10 dollara düşə bilər"

ŞOK PROQNOZ: "Neft 10 dollara düşə bilər"
15:27 12 Yanvar 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın "Standard Chartered" bankı neftin gələcək qiymətləri ilə bağlı pessimist proqnoz verib.

Milli.Az-ın məlumatına görə, modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, "Standard Chartered" bankı "qara qızıl" qiymətlərinin 10 dollara qədər ucuzlaşacağını gözləyir.

"Hesab edirik ki, əsas oyunçular hər şeyin çox gec olduğunu anlayan zaman neft qiymətləri 10 dollara qədər ucuzlaşmış olacaq".

"Reuters"in məlumatına görə dünyanın bir çox bankarları (Barclays, Macquarie, Bank of America, Merill Lynch və Societe Generale) 2016-cı illə bağlı öz proqnozlarını mənfiyə doğru dəyişiblər.

Analitiklərin fikrincə, Çin iqtisadiyyatındakı ləngimə ilə yanaşı, dünya bazarlarında sutkada 1,5 milyon barel neftin artıq hasil olunması qiymətləri ucuzlaşdıran əsas amillərdir.

Bu gün neft 2004-cü ildən bəri ilk dəfə 31 dollardan aşağı düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR