Bakıda zavodda kütləvi zəhərlənmə olub

Bakıda zavodda kütləvi zəhərlənmə olub
15:27 12 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yerləşən zavodların birində kütləvi zəhərlənmə baş verib.

Milli.Az aznews-a istinadən bildirir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.

Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr - Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini, 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini, 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri, 1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov vəqardaşı, 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR