İsveç və Danimarka nazirləri hərbi sahədə əməkdaşlığın gücləndirilməsi haqqında müqavilə imzalayacaqlar

İsveç və Danimarka nazirləri hərbi sahədə əməkdaşlığın gücləndirilməsi haqqında müqavilə imzalayacaqlar
15:28 12 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 12 yanvar, AZƏRTAC
Yanvarın 14-də İsveç və Danimarkanın silahlı qüvvələr nazirləri hərbi əməkdaşlığın gücləndirilməsi haqqında ikitərəfli müqavilə imzalamaq niyyətindədirlər.
Bu barədə İsveçin müdafiə naziri Peter Xultkvist krallığın şimalında keçirilən “Xalq və müdafiə” illik konfransında bildirib. O deyib: “Yeni müqavilənin məqsədi əməkdaşlığın inkişafı, regionda vəziyyətlə bağlı informasiya və dəyərləndirmə mübadiləsi, dəniz və hava bazalarından istifadənin genişləndirilməsidir. Finlandiya ilə əməkdaşlıq artıq aparılır, ümumiyyətlə, Baltik ölkələri və Danimarka ilə münasibətlər Avropanın bizə aid hissəsində təhlükəsizlik məsələləri üzrə əlaqələr baxımından böyük əhəmiyyət daşıyır”.
Qeyd edək ki, son illər Şimali Avropa ölkələri arasında daha sıx hərbi əməkdaşlıq müşahidə olunur. Məsələn, hərbi məsləhətləşmələr aparılır və birgə hərbi təlimlər keçirilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_ve_Danimarka_nazirleri_herbi_sahede_emekdasligin_guclendirilmesi_haqqinda_muqavile_imzalayacaqlar-917755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR