Dillər Universitetində imtahanları izləmək üçün mediatur təşkil olunub

Dillər Universitetində imtahanları izləmək üçün mediatur təşkil olunub
15:29 12 Yanvar 2016
42 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Dillər Universitetində (ADU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

 

ADU-nun  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2015-2016-cı tədris ilinin payız imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-alman dili) fakültəsində II, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində isə IV kurslarda keçirilən imtahanların gedişini QHT, KİV nümayəndələri və tələbələrin valideynləri izləyiblər.

 İzləmə prosesində Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT əməkdaşlıq və məlumat şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, Konstitusiya Araşdırmalar Fondundan nümayəndəsi Şahin Nəsrullayev, həmçinin AzTV, SPACE, Lider TV, İTV, CBC televiziya kanalları, AzərTac, o cümlədən “Azərbaycan müəllimi”, “İki sahil” qəzetləri və digər media nümayəndələri iştirak edib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov öncə təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verib və bir sıra ali təhsil ocaqlarında imtahan sessiyasının gedişi ilə bağlı aparılan monitorinqlərin məqsədinin yaranan mənfi halların aradan qaldırılması olduğunu vurğulayıb.

 

İmtahan sualları ilə maraqlanan Korrupsiyaya qarşı Mübarizə üzrə QHT əməkdaşlıq və məlumat şəbəkəsinin üzvü Əhməd Abbasbəyli aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb və  yaranan problemlərlə bağlı onlara müraciət etməyin zəruriliyini önə çəkib. Ə. Abbasbəyli tələbələrdən qiymətlərindən narazı qaldıqları zaman appelyasiyaya müraciətlə bağlı da maraqlanıb.

Qeyd edək ki, 29 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verilib. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə 30 noyabr 2015-ci il tarixində 92 saylı əmr imzalayıb. Əmrdə deyilir ki, qış imtahan sessiyası əyani şöbədə 29 dekabr 2015-ci il tarixindən 1 fevral 2016-cı il tarixinədəkdir. Qiyabi şöbədə isə sessiya müddəti 6 yanvar 2015-ci ildən 10 fevral 2016-cı ilədək müəyyən edilib. Qış imtahan sessiyası 7 fakültənin (Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq Münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura) əyani şöbələrində aparılır.

Qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah yaradılıb. Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU–nun Linqvodidaktika kafedrasının baş müəllimi Hafiz Rəhimov, ADU Tələbə Gənclər Təşkilatının sədri Faiq Məmmədov, ADU Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyevadır. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. Əmrdə baş verən neqativ hallara görə müvafiq fakültə dekanı və kafedra müdirinin məsuliyyət daşıdığı qeyd edilib.

Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri, onların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq otaqların imtahan başlanana qədər müvafiq materiallar ilə təchiz etmələri tapşırılıb. Əmrdə biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahan qaydalarının pozulması hallarına göz yuman və ya şərait yaradan nəzarətçilər, fənn müəllimlərinin imtahandan kənarlaşdırılması, hər bir imtahan başa çatdıqdan sonra imtahan

yazılarının nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi, kodlaşmadan sonra fənni tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması və nəticələrin protokollaşdırılıb yazı işləri ilə birgə dekanlıqlara təhvil verilməsi qeyd olunub. Eyni zamanda, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə appelyasiya qiymətin obyektivliyini müəyyən etmək üçün yalnız qiymətlər elan olunduğu gün təşkil edilməsi əmrdə göstərilir. Əmrdə əvvəlki imtahan qiymət cədvəllərinin növbəti imtahana qədər doldurulmasını, fənni tədris edən kafedranın müdiri tərəfindən imzalanmasını və müvafiq qaydada dekanlıqda saxlanılması qeyd olunub. İmtahan sessiyasının obyektiv və qaydalara uyğun keçməsinə kömək məqsədi ilə tələbə təşkilatlarının xidmətlərindən istifadə və onların fəaliyyətinə lazımi şərait yaradılması, imtahan sessiyası dövründə nizam-intizamı qorumaq üçün tədris binalarında müəllim və tələbələrin növbətçiliyinin təşkil edilməsi və bu işin səmərəli olmasına nəzarət də əmrdə öz əksini tapıb.

Hər bir imtahan başa çatdıqdan sonra yazıların nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi və kodlaşmadan sonra fənni tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması, nəticələrin protokollaşdırılması və yazı işlərinin protokollarla birlikdə dekanlığa təhvil verilməsi, yoxlanmış yazıların kodlarının dekanlıq tərəfindən açılması və qiymətlərin həmin gün elan edilməsi də əmrdə vurğulanır. Müstəsna hallarda II növbədə təşkil edilmiş imtahanların yazılarının yoxlanmasının başa çatdırılması və nəticələrin elan edilməsi növbəti iş günündən gec olmayaraq təxirə salına bilər.

Qeyd edək ki, izləmə prosesindən sonra QHT nümayəndələri ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusovla görüşüblər.  Görüşdə aparılan monitorinqin nəticələri müzakirə olunub və  təkliflər bildirilib.

 






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Yutub"da İŞİD-ə baxmaq istəyənləri NƏ GÖZLƏYİR?

23 İyul 2017 08:58

Nüfuzlu narkobarona 30 illik həbs cəzası verilib

23 İyul 2017 08:57

Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb

23 İyul 2017 08:52

Qaldırıcı kran sındı: 7 ölü, 2 yaralı

23 İyul 2017 08:38

Türkiyədə "Qarabağ" parkının açılışı olub

23 İyul 2017 08:32

Əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıldı - VİDEO

23 İyul 2017 08:23

ABŞ Ankaranın “S-400” almaq niyyətindən narahatdır

23 İyul 2017 08:19

İrandan gözdağı -

23 İyul 2017 08:18

Pentaqon: Rusiya və İran arasında tezliklə rəqabət başlayacaq

23 İyul 2017 08:04

Günvurmanın qarşısını alan çay

23 İyul 2017 08:03

Fələstin İsrailə raket atdı

23 İyul 2017 07:47

Mayli Sayrus təbiət qoynunda - FOTO

23 İyul 2017 07:32

Bakı sakini intihar etmək üçün özünü bıçaqlayıb

23 İyul 2017 07:32

Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə gedir

23 İyul 2017 07:28

Filippinin cənubunda hərbi vəziyyət rejiminin müddəti uzadıldı

23 İyul 2017 07:26

Qonaqları toya aparan traktor aşdı: 20 yaralı

23 İyul 2017 07:24

Pentaqon Rusiyanı böyük təhlükə adlandırdı

23 İyul 2017 07:14

Makronun reytinqi düşdü

23 İyul 2017 07:13

Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub

23 İyul 2017 06:42

Məşhur aktyor vəfat etdi

23 İyul 2017 06:39

75 il əvvəl itkin düşmüş cütlüyün qalıqları tapıldı -

23 İyul 2017 06:35

"Taxtlar oyunu"nun ulduzu fərqli obrazda - FOTO

23 İyul 2017 06:32

Bu idman növünün adı dəyişdirildi

23 İyul 2017 06:14

Martin Şülts yeni qaçqın böhranından narahatdır

23 İyul 2017 06:12

Ərdoğan Körfəz ölkələrinə səfərə gedir

23 İyul 2017 05:59

Mexikoda gözəl ev - FOTO

23 İyul 2017 05:32

"VAZ" kül oldu

23 İyul 2017 05:14

İstifadə etdiyimiz 13 "ÇİRKLİ" ƏŞYA - FOTOLAR

23 İyul 2017 05:13

Venesuela müxalifəti ölkədə tətillərin olacağını elan edib

23 İyul 2017 05:12

Alt paltarlarının satışa çıxarılması Madonnanı qəzəbləndirdi -

23 İyul 2017 04:56

Cici, Ənvər və Zeyn - FOTO

23 İyul 2017 04:32

BMT-də TƏCİLİ İCLAS

23 İyul 2017 04:18

Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb

23 İyul 2017 04:17

BMT TŞ Yerusəlimə dair təcili iclas keçirəcək

23 İyul 2017 04:14

Youtube video serveri İŞİD-ə qarşı funksiya hazırlayır

23 İyul 2017 04:07

Sumqayıtda yaşayış binasında yanğın - 8 sakin təxliyə olundu

23 İyul 2017 03:48

Makronun reytinqi 10% aşağı düşüb

23 İyul 2017 03:47

Məşhur aktyorun yeni FOTOları

23 İyul 2017 03:32

Romada içməli su qurtarır

23 İyul 2017 03:19

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

23 İyul 2017 03:06

Təndirxana və taxta sexi yandı

23 İyul 2017 03:04

Alimlər əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıblar

23 İyul 2017 03:02

İran yeni raketlərinin istehsalına başladı

23 İyul 2017 02:53

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29