Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Bayram günlərində cəzaçəkmə müəssisələrində XÜSUSİ ƏMƏLİYYAT (27 Mart 2017 21:08)
İranla sərhəddə insident olub, sərhəd pozucular qaçıb -RƏSMİ (27 Mart 2017 11:04)
Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb (14 Mart 2017 14:47)

Tarix: 12 Yanvar 2016 15:38


Bakı, 12 yanvar, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Asif Mürsəlovun əl yükünə nəzarət zamanı məhlul formasında, ümumi təmiz çəkisi 0,108 qram təşkil edən “Metadone” adlı narkotik vasitə aşkar olunaraq götürülüb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlyas Şahbazovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 68,450 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər:  Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb



RƏYLƏR


Top xəbərlər