"Arzular qutusu" layihəsinin üç maraqlı arzu və təklifinin müəllifləri mükafatlandırılacaq

"Arzular qutusu" layihəsinin üç maraqlı arzu və təklifinin müəllifləri mükafatlandırılacaq
15:43 12 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
"Azər Türk Bank"ın "Arzular qutusu" layihəsi başa çatıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihə ötən il dekabrın 1-dən bu il yanvarın 10-dək Fəvvarələr Meydanında təşkil olunmuş "Soyuq əllər, isti ürək: Mələklər" adlı Yeni İl Xeyriyyə Yarmarkasında reallaşdırılıb. Layihə iştirakçıları "Azər Türk Bank"ın Xeyriyyə Yarmarkasında fəaliyyət göstərən "qış evləri"nə baş çəkərək bankın məhsul və xidmətləri barədə ətraflı məlumat alıb, qurumun 2016-cı ildəki fəaliyyəti ilə bağlı arzu və təkliflərini yazaraq "Arzular qutusu"na atıblar.
Qısa müddət ərzində layihədə iştirak etmiş şəxslərin arzu və təklifləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, üç ən maraqlı arzu və təklifin müəllifləri mükafatlandırılacaq. ‪

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotArzular_qutusu_quot_layihesinin_uch_maraqli_arzu_ve_teklifinin_muellifleri_mukafatlandirilacaq-917767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR