FHN neftçinin cəsədinin gətirilməsi üçün Türkmənistana təyyarə göndərib

FHN neftçinin cəsədinin gətirilməsi üçün Türkmənistana təyyarə göndərib
15:43 12 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FHN_neftchinin_cesedinin_getirilmesi_uchun_Turkmenistana_teyyare_gonderib-917763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR