DİN: Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

DİN: Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
15:44 12 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini yeni ilin ilk günlərindən uğurla davam etdirir. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən bu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 125 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr müsadirə edilib.

 

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının bugünlərdə həyata keçirdiyi tədbirlər nəticəsində isə ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və külli miqdarda saxta pul əskinasları müsadirə edilib.

 Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 10-da Cəlilabad rayonunun Seyidbazar kənd sakini, əvvəllər məhkum olunmuş Hacıbala Nərimanov saxlanılıb. Baxış  zamanı ondan  20 kiloqram 185 qram tiryək və 2 kiloqram 265 qram marixuana götürülüb.

Araşdırmalarla H.Nərimanovun narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Teymurova verəcəyi müəyyən edilib.

 

Tədbirlərin davamı olaraq A.Teymurov da tutulub. Ondan isə 492 ədəd saxta 100 manatlıq əskinas götürülüb və həmin əskinasları həmyerlisi Rövşən Abbasovdan alması müəyyən edilib. Görülmüş tədbirlərlə R.Abbasov da saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR