Ələsgər Məmmədoğlunu tamaşada o əvəz edəcək - foto

Ələsgər Məmmədoğlunu tamaşada o əvəz edəcək - foto
15:46 12 Yanvar 2016
41 Şou
Ölkə mətbuatı
A- A+

 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar yanvarın 17-də Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Xəcalət" tamaşası nümayiş etdiriləcək.

Axşam.az "Report"a istinadən xəbər verir ki, tamaşada mərhum aktyor, əməkdar artist Ələsgər Məmmədoğlunun canlandırdığı rolda aktyor Əlvida Cəfərov çıxış edəcək.

Bu yaxınlarda "Əməkdar artist" fəxri adı alan Əlvida Cəfərov "Xəcalət" tamaşasında uzun illər əməkdar artist Məzahir Cəlilovla birlikdə həkim rolunun dublyoru olub.

Xatırladaq ki, "Хəcalət" pyesində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşanın quruluşçu rejissoru - əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı - əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı - xalq artisti Səyavuş Kərimidir.

Tamaşada rolları - xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Məzahir Cəlilov, Əlvida Cəfərov və Xədicə Novruzova ifa edir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR