Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Həyat bomba", "Gəl evlən mənimlə" - iki yeni klip

"Həyat bomba", "Gəl evlən mənimlə" -  iki yeni klip

Date: 12 January 2016 15:51

Müğənni Sami Oruc iki yeni klip çəkdirib.

Axşam.az-a açıqlama verən sənətçi “Həyat bomba” və “Gəl evlən mənimlə” adlı kliplərindən danışıb:

“Bu işdə mənə prodüser Roland Bayramov yardımçı olur. Çox gözəl bir ekran işinin ərsəyə gəldiyini deyə bilərəm".

S.Oruc Türkiyənin meqastarı Tarkana bənzədildiyini deyib:

“Sosial şəbəkədə çoxları mənim Tarkana bənzədiyimi yazırlar. Təki bu sənətdə Tarkan qədər sevilə bilim”.

Qeyd edək ki, hər iki mahnının sözləri müğənninin özünə aiddir. "Həyat bomba"nın musiqisi əməkdar artist Zaur Əmiraslanova, "Gəl evlən mənimlə"nin bəstəsi isə Eldar Dalqatova məxsusdur.







Tags:  Həyat bomba evlən mənimlə iki yeni klip

RƏYLƏR


Top news