Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

PFL-dən klublara növbəti xəbərdarlıq

PFL-dən klublara növbəti xəbərdarlıq

Date: 12 January 2016 15:57

AFFA İntizam Komitəsinin qərarına baxmayaraq,  Peşəkar Futbol Liqasına (PFL) borclu olan klublar (“Qəbələ” istisna olmaqla) borcların ödənilməsi ilə bağlı hansısa addım atmayıb.

Bu haqda qol.az-a PFL-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

İntizam Komitəsinin qərarına əsasən, PFL-ə borcu olan klublar yanvarın 29-dək borcunu ödəməlidir. Əks təqdirdə həmin klublara transfer qadağası tədbiq ediləcək, legionerlərin isə növbəti turlarda iştirakına icazə verilməyəcək.

A.Şahgəldiyev bildirib ki, hələlik heç bir klub borc məsələsinə görə onlara rəsmi muraciət etməyib: “Təkcə "Qəbələ" klubu ilə şifahi danışıqlar olub. Amma rəsmi şəkildə Premyer Liqa klublarından heç biri borcların odənilməsi ilə bağlı bizimlə danışıqlar aparmayıb".

PFL bir daha xəbərdarlıq edib ki, klublar borclarını ödəməsə, yeni transferlərin adları iştirak ərzəsinə daxil edilməyəcək: "Klublar Peşəkar Futbol Liqasının Mühasibat Departamentinə yaxınlaşmalı və borclarını aktlaşdırılarılmalıdır. Bundan sonra ödəniləcək məbləğ müəyyən olunmalı və məsələ həll edilməlidir. Bütün borclar ödənildikdən sonra, yeni transferlərin adları iştirak ərizəsinə daxil ediləcək".

Fanat.az

Tags:  PFL-dən klublara növbəti xəbərdarlıq

RƏYLƏR


Top news