Türkiyədə oteldə yanğı (VİDEO)

Türkiyədə oteldə yanğı (VİDEO)
16:01 12 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhəri Maltəpə adlanan ərazidə yerləşən otellərin birində yanğın hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.

12 mərtəbəli otelin yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalan 25 nəfər xilasedicilərin səyi nəticəsində oradan çıxarılıb.



Nəzarət altına alınan ərazidə olan tüstünün təsirinə məruz qalan insanlar xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisəyə səbəb qaynaq zamanı çıxan qığıl cım olub.





Bu hadisə Türkiyədə gün ərzində baş verən ikinci hadisədir. Belə ki, Türkiyənin İstanbul şəhərində, Sultan Əhməd məscidi qarşısında güclü partlayış olub.

Üzərində bomba olan bir şəxs məscidin qarşısında toplaşmış çox sayda insanın arasına girərək, özünü partladıb. İnsident nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR