Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Ərdoğan: "Partlayışı Suriyadan gələn şəxs törədib"

​Ərdoğan: "Partlayışı Suriyadan gələn şəxs törədib"

Türkiyə Suriyadan nə vaxt çıxacaq? – Ərdoğan cavab verdi – VİDEO (24 Mart 2017 03:33)

Tarix: 12 Yanvar 2016 16:02

Bakı. 12 yanvar. REPORT.AZ/ "İstanbulda Sultanahmet meydanında törədilən canlı bomba hücumunu Suriyadan olan bir nəfər törədib".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, bu hadisəni terror adlandıraraq, törədilən partlıyışı qınadığını vurğulayıb.
"Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Onların adları açıqlanacaq", - prezident bildirib.
Rəcəb Tayyib Ərdoğan Avropa dövlətləri, həmçinin Türkiyə də daxil olmaqla terrorçuluğa qarşı birgə mübarizə aparmaq məcburiyyətinin yarandığını söyləyib: "Meydanı terror qruplaşmalarına, dağıdıcılara buraxmayacağıq". 

Teqlər:  Ərdoğan Partlayışı Suriyadan gələn şəxs törədib



RƏYLƏR


Top xəbərlər