Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib"

"İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib"

Date: 12 January 2016 16:05

İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bütün ölkələr terrorçuluqla mübarizədə birləşməlidir və İstanbuldakı terror aktı bunun vacibliyini göstərir.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter-dəki səhifəsində yazıb ki, İstanbuldakı partlayış terror aktıdır.

Qeyd edək ki, bu gün İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Milli.Az


Tags:  İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib


RƏYLƏR


Top news