Dünyaca məşhur müğənni Alessandro Safina Bakının qonağı olacaq.
Axşam.az-ın məlumatına görə, müğənni fevralın 5-də "Elite Events Hall"da konsert verəcək. Safina ilə birlikdə səhnəni gənc ifaçı Vaqif Nağıyev də bölüşəcək.
Qeyd edək ki, Alessandro Safina ötən ilin dekabrın 23-də paytaxtımızın qonağı olacaqdı. Müğənni səhhətində problem olduğunu, bu səbəbdən konserti təxirə saldığını açıqlamışdı.