Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"E-hökumət" istifadəçilərinin 19 faizi ƏƏSMN-in e-xidmətlərindən faydalananlardır

"E-hökumət" istifadəçilərinin 19 faizi ƏƏSMN-in e-xidmətlərindən faydalananlardır

Date: 12 January 2016 16:18

Bakı. Trend:

Ötən ay əhali Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 143 363 dəfə faydalanıb.

O cümlədən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 114 952 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 28 411 dəfə istifadə qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hər iki e-xidmət 2014-cü ilin ortalarında ölkəmizdə əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən istifadəyə verilib və əhalinin ən çox müraciət etdiyi e-xidmətlər sırasındadırlar. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək müqaviləsi bağlanıldığı, ona dəyişiklik edildiyi və ya xitam verildiyi halda bu barədə müvafiq bildiriş formasının ƏƏSMN-in elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi üçün nəzərdə tutulub. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir.

“Elektron hökumət” portalından ümumi istifadənin dekabr ayı ərzində 23,4 faizi (168 584 dəfə istifadə) və ya 2015-ci il ərzində 19 faizi (2 210 442 dəfə istifadə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub.

Ümumilikdə ötən iki ilə yaxın müddət ərzində nazirliyin təqdim etdiyi elektron xidmətlərdən 4,7 milyon dəfə istifadə edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  E-hökumət istifadəçilərinin 19 faizi ƏƏSMN-in e-xidmətlərindən faydalananlardır

RƏYLƏR


Top news