Bakının Naxçıvanski küçəsi təmir olunur (FOTO+VİDEO)

Bakının Naxçıvanski küçəsi təmir olunur (FOTO+VİDEO)
16:18 12 Yanvar 2016
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakının Nizami rayonu Naxçıvanski küçəsi də təmir edilir.

“Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, artıq sözügedən küçənin bir istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Bundan sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 8500 kvadratmetr sahənin asfaltlanması işləri aparılıb.

Ortalama eni 9 metr olan küçəyə 1560 poqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 34 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.

Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Analoji işlərin Naxçıvanski küçəsinin əks istiqaməti üzrə, daha dəqiqi, Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospektinə doğru olan hissəsində də aparılmasına start verilir. Bu hissənin də uzunluğu təqribən 850 metr, ortalama eni isə 9 metrdir.

Təmir-tikinti işləri çərçivəsində küçənin 8800 kv.m sahəsinə yüksək keyfiyyətli yeni asfalt-beton örtüyü döşənəcək. Küçə boyu 1640 paqon-metr səki daşı yenilənəcək. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yağış barmaqlıqları yenilənəcək.

Daha sonra nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yol cizgi xətlərinin və yolgöstərici xətlərinin çəkilişi işləri aparıldıqdan sonra küçə tam yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üşün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Aparılan işlərlə əlaqədar olaraq yaranmış müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR