Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Çakır" həbs oluna bilər (VİDEO,FOTO)

"Çakır" həbs oluna bilər (VİDEO,FOTO)

Date: 12 January 2016 16:21

Türkiyənin məşhur “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialının ulduz aktyoru Oktay Kaynarca 6 ay həbs oluna bilər.

ANS PRESS-in məlumatına görə, aktyoru Azərbaycan tamaşaçısı daha çox "Kurtlar Vadisi" serialındakı
"Çakır" nobrazı ilə tanıyır.

Aktyor “Bebek Koyu”da olan yaxtasında müqaviləsiz və oğurluq su işlətməkdə ittiham edilir.

Artıq İstanbul məhkəməsində qaldırılan cinayət işində aktyorun yaxtasında sayğacsız, müqaviləsiz və oğurluq su işlətməsi istifadə olunması sübut olunub.


Oktay Kaynarcanın yaxtası

Oktay Kaynarca bildirib ki, yaxta ona aid deyil: "Yaxta, əslində, mənə aid deyil. Mən ancaq ondan istifadə etmişəm. “Bebek Koyu”da bütün yaxtalar elektrik və su ehtiyaclarını oraya abunə olan yaxta sahiblərindən alırdı. Biz suyu Metin adlı rəsmi abunə olduğunu bildiyimiz bir şəxsdən alırdıq. Kapitanımız iki dəfə Mətindən su alırdı. Mən də 200 lirə (təxminən 100 manat) su pulu ödədim. Bəraətimi tələb edirəm”.

Oqtay Kaynarca 1965-ci ildə İstanbulda dünyaya gəlib. Uşaqlığının bir dövrü Berlindә keçib.


"Kurtlar Vadisi" serialı

2003-ci ildə yayımlanan "Kurtlar Vadisi" serialında Kaynarca "Suleyman Çakır" obrazı ilə məşhurlaşıb. 2008-ci ildә "Adanalı" serialında Adanalı Yavuz rolu ilә tamaşaçı tәrәfindәn çox sevilib.

Tags:  Çakır həbs oluna bilər VİDEO FOTO

RƏYLƏR


Top news