Aşıq Ədalət: "Xalq artisti" vermək istədilər qəbul etmədim, "Xalq aşığı" adı almaq istəyirəm"

Aşıq Ədalət: "Xalq artisti" vermək istədilər qəbul etmədim, "Xalq aşığı" adı almaq istəyirəm"
16:22 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, aşıq Ədalət Nəsibovun "Report"a müsahibəsi:
- İlk sazınız yadınızdadır? Hazırda saxlayırsınız, yoxsa kiməsə hədiyyə etmisiniz?
- İlk sazımı atam alıb. İndi evdə 4 sazım var. İlk sazım rayondadı, o balacadır, "cürə" adlanır. Onu nəvəmə vermişəm. İkinci sazıma "qara saz" deyirlər, onu atam düzəltdirib. Həmin sazın 58-60 yaşı var. Həmin saza "Ana dili" də deyirdilər.
- Saza olan sevginiz necə yarandı, ailənizdə başqa aşıq var idi?
- Atam fəhlə idi, ayaqqabı tikirdi. Amma şeirə, poeziyaya bələd olan, çox bilən idi, onunku bir növ vergi idi. Ona görə də evimizə çox adam gəlirdi. Uşaq vaxtı çox yaxşı oxuyurdum, zəngin səsim vardı. Xan əmi, Qurban Pirimovla çox oxumuşam. Sonra mənə dərman verdilər, bilmirəm zəhər idi yoxsa nə idi. Həmin dərman səsimi batırdı.
- Aşığın geyimi necə olmalıdır? Aşığın qədim dövrdəki kimi geyinməsinə necə baxırsız?
- Aşığın geyiminin necə olduğunu heç kim dəqiq deyə bilməz. Hələ Həmid Araslının dövründə də aşığa forma tapa bilmədilər. Sonra da "qələfeyi" geyimi icad elədilər. Onu da lağa qoydular ki, Stalin formasıdır. Bizdə onsuz da hər şeyə irad tuturlar, heç kim başqasının etdiyini bəyənmir. O geyim pis deyil. Amma bizim ata-baba aşıqlarının geyimləri düyməli, yaxalı köynək formasında tikilirdi, sinə hissəsinə də balaca cib, qollarının ağzı isə işləməli olurdu. Köynəyi üstdən salıb, üstdən kəmər taxırdılar. Kimin var idi gümüş kəmər, olmayanlar əsgər kəməri taxırdılar. 
- Sizə "Dədə Ədalət" deyə müraciət edirlər. Amma hələ də "Xalq artisti" adı almamısınız... Bu ada layiq görülmək istiyərdinizmi?
- Mənə o vaxt "Xalq artisti" adı vermək istədilər qəbul etmədim, çünki mən artist deyiləm. Azərbaycanda ilk dəfə "Xalq şairi" adına Səməd Vurğun layiq görülüb. Mən də "Xalq aşığı" adına layiq görülmək istəyirəm. Sovet dövründə bir məsələ gündəmə gəlmişdi. O vaxt bəzi adamlar "Xalq aşığı" fəxri adının təsis olunmasına razılıq vermişdi, sonra da dedilər gərək Ali Sovet qərar versin. Ona görə də mənə "Xalq aşığı" fəxri adı vermədilər. Dedilər "Xalq Aşığı" fəxri adı yoxdur. Allah rəhmət etsin Bəxtiyar Vahabzadəyə, işə qarışdı və mənə "Əməkdar İncəsənət xadimi" adı verildi.
Mənə "Dədə Ədalət" deyirlər, elə bilirsiz XXI əsrdə bu adı almaq asandır? Fikrət Əmirov mənə xeyir-dua verib. Mən sazda neçə dildə hava bilirəm. Muğamlar, klassiklər, rənglər ...
Mən xeyli kinoya çəkilmişəm. Komsomollara sazı zindanda çalırdım. Mən həm də yaxşı tar çalıram, amma tar məni sakitləşdirmir.
- Günümüzün aşıqlarından kimləri bəyənirsiniz?
- İndi mən deyən aşıq yoxdur. Mən 20-dən artıq dastan bilirəm. O vaxtı xanımlardan Rəhilə xanım, Növrəs İmanın dünyada əvəzi olmayıb, indi çıxıb hərə bir şey oxuyur. 20 nağıl, dastan, 3 təcnis bilməyənə niyə aşıq deyirlər?!
- Aşıq Ədalətə qiymətli saz hədiyyəsi olunubmu?
- Qazağın Dağ Kəsəmən kəndindən David Teymuroğlu mənə saz hədiyyə etmişdi. Fil sümüyündən idi. Amma bir nəfər məndən əl çəkmədi və keçə bilmədim sazı ona bağışladım.
- Əgər təklif gəlsə, Aşıq Ədalət sazınızı muzeyə verərmi?
- Muzeydən hansı sazımı istəsələr verərəm. Mənim adıma Qazaxda muzey tikiblər. Qazaxda büstümü də qoyublar. 
- Neçə ölkədə səhnəyə çıxmısınız? 
- Böyük sənətkarlara bir yerdə 70-dən çox ölkədə olmuşam. Zeynəb Xanlarova ilə bir neçə dəfə səfərdə olmuşuq. 








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

21 Avqust 2017 23:24

“VAZ” 15 baş qoyunu vurdu - İsmayıllıda

21 Avqust 2017 23:19

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO

21 Avqust 2017 23:18

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

21 Avqust 2017 23:17

Gürcüstanda meşə yanğınları tüğyan edir -

21 Avqust 2017 23:10

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

21 Avqust 2017 23:07

Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı

21 Avqust 2017 23:03

Abşeronda qəza -

21 Avqust 2017 22:58

Müşviqabadda qəza - 2 yaralı

21 Avqust 2017 22:54

Barselona terrorunda şübhəli bilinən əsas şəxs saxlanılıb

21 Avqust 2017 22:48

İraqın Tall-Afar şəhərini 40 min dinc sakin tərk edib

21 Avqust 2017 22:47

Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

21 Avqust 2017 22:42

Qırğızıstan hökuməti istefa verib

21 Avqust 2017 22:30

Şəbnəm bağ evini nümayiş etdirdi – FOTOLAR

21 Avqust 2017 22:28

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ

21 Avqust 2017 22:18

Filippində silahlı hücum -

21 Avqust 2017 22:12

Günelin nişanlısı ilə barışması təsdiqini tapdı - FOTOFAKT

21 Avqust 2017 22:03

Tam Günəş tutulması başladı - CANLI YAYIM

21 Avqust 2017 21:49

Moskva SSRİ-nin cinayətləri üçün cavab verəcək: trilyonluq TƏZMİNAT TƏLƏBİ

21 Avqust 2017 21:48

Rostovda güclü yanğın

21 Avqust 2017 21:45

Sankt-Peterburqda “Qazprom” şirkətinin rəhbəri ilə SOCAR prezidenti arasında görüş keçirilib

21 Avqust 2017 21:42

Macarıstan sərhədini qanunsuz keçmək istəyən 162 qaçqın saxlanılıb

21 Avqust 2017 21:32

Qoz piylənmənin qarşısını almağa kömək edir

21 Avqust 2017 21:28

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

21 Avqust 2017 21:19

Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”

21 Avqust 2017 21:13

Məktəbli ləvazimatlarının yarmarkaları açıldı - mağazalar arasında qiymət fərqi - VİDEO

21 Avqust 2017 20:58

VİDEO:Qardaşını sevdiyi qızla bir yerdə tutdu -

21 Avqust 2017 20:55

Rusiya SSRİ-dən qalan son borcunu ödədi

21 Avqust 2017 20:53

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 20:52

İmişli sakini özünü asdı

21 Avqust 2017 20:39

Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

21 Avqust 2017 20:37

"İlk oyundan sonra “Qarabağ”ı favorit adlandırmaq olar" -

21 Avqust 2017 20:30

Trampın ailəsi müdafiəsiz qalacaq – Məxfi xidmətdən SOS

21 Avqust 2017 20:28

Mingəçevirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

21 Avqust 2017 20:22

ABŞ PUA-sı Türkiyədə qəzaya uğradı

21 Avqust 2017 20:19

Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür

21 Avqust 2017 20:18

Türkiyə-Almaniya gərginliyi

21 Avqust 2017 20:10

İntihar cəhdinin qarşısı alındı - [color=red]Gəncədə/color]

21 Avqust 2017 20:04

Münaqişənin həlli üçün ŞƏRTLƏR, dənizlərə ÇIXIŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Avqust 2017 20:03

Kataloniyada polis "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib

21 Avqust 2017 19:52

DİQQƏTLİ OLUN!

21 Avqust 2017 19:50

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür etdi

21 Avqust 2017 19:49

Filippinli milyonçudan HƏYAT DƏRSLƏRİ: “Kasıblar ona görə varlana bilmir ki...”

21 Avqust 2017 19:48

Barselonada terror aktı törədən əsas şübhəli hələ də azadlıqdadır

21 Avqust 2017 19:35

Barselona terrorunun əsas şübhəlisi tutulub

21 Avqust 2017 19:33

Barselonanı qana bulayan əsas terrorçu həbs edildi

21 Avqust 2017 19:29

Şəkidə doğum evində yanğın olub

21 Avqust 2017 19:27

"Qəbələ" "Dinamo"nu yendi

21 Avqust 2017 19:27

“Qəbələ” “Dinamo”ya qalib gəldi

21 Avqust 2017 19:24

Binəqədidə it qorxusu: "Sürü ilə gəzirlər, gərək yenə kimsə ölsün?.."

21 Avqust 2017 19:18