Bu gün İstanbulun mərkəzi yerlərindən olan Sultanahmet meydanında baş verən terror aktında yaralanan şəxslərin 12-si turist olub. Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, yaralananlar arasında 9 Almaniya, 1 Norveç, 2 Peru vətəndaşı var.
İstanbul Baş Prokurorluğu yaydığı məlumatda terror hadisəsi nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Sultanahmed meydanında partlayış baş verib. İlkin araşdırmalar zamanı terror aktı olduğu ortaya çıxıb.