Gənclərin ictimai-sosial layihələrdə fəallığının artırılması müzakirə olunub

Gənclərin ictimai-sosial layihələrdə fəallığının artırılması müzakirə olunub
16:38 12 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 12 yanvar, AZƏRTAC 
Sumqayıt Gənclər Evində “Gələcəyinə biganə qalma” layihəsi çərçivəsində II seminar keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Gənclərinin Sağlam Gələcəyi təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə reallaşııb.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, tədbirdə çıxış edən layihə rəhbəri Səxavət Eminov ölkədə aparılan dövlət siyasətinin nəticəsi olaraq gənclərin həyatımızın bütün sferalarında uğurla təmsil olunmasını, qərar alma proseslərində gənclərin etibarlı tərəf kimi tanınmalarını xüsusi qeyd edib.
Daha sonra gənclərin ictimai təşəbbüskarlığının üzə çıxarılması, müxtəlif ictimai-sosial layihələrdə dinamizmin artırılması, gənclərin mədəni həyatda iştirak seqmentinin gücləndirməsi və bu sahəyə motivasiya istiqamətlərində fikir mübadiləsi aparılıb, qrup çalışmaları təşkil olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclerin_ictimai_sosial_layihelerde_fealliginin_artirilmasi_muzakire_olunub-917790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR