Güləşçilərimiz Tehranda ilin ilk sınağına çıxacaq (HEYƏT)

Güləşçilərimiz Tehranda ilin ilk sınağına çıxacaq (HEYƏT)
16:53 12 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

14-15 yanvar 2016-cı il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə yığmanın üzvləri böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Əfsər Namazəliyevin rəhbərliyi altında yarışda iştirak edəcəklər. Heyətdə Səid Balabəyov, Sakit Quliyev (hər ikisi 59 kq), Azad Əliyev, Elman Muxtarov (hər ikisi 66 kq), Ruhin Mikayılov, Şəmistan Quluzadə (hər ikisi 71 kq) və Şəhriyar Məmmədov (85 kq) yer alıblar.

Sərbəst güləşçilər isə məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparacaqlar. Tehrana Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Emin Əzizov (70 kq), Kənan Əliyev (74 kq) və Məhəmməd Abdulxaliqovun (86 kq) yollanması gözlənilir.

Turnirin görüşlərini idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2479475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR