Müğənni Serdar Ortaç özündən 23 yaş kiçik həyat yoldaşı Kloe Louqnana jest edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki il əvvəl "həyat yoldaşımın gələcəyini düşünmək məcburiyyətindəyəm" dedikdən sonra bunu doğruldaraq Kloenin dediyi hər bir şeyi etiraz etmədən həyata keçirib.
Bu yaxınlarda həyat yoldaşı 8 mərtəbəli bina alan Sərdar bugünlərdə onun butik açmaq istəyinə də dəstək çıxıb. O, Kloenin rəfiqəsi Deniz Akellə açmaq istədiyi məkan üçün yer axtarışına çıxıb.