Ötən il “Elektron Hökumət” portalı istifadəçilərinin 19 faizini ƏƏSMN-in e-xidmətlərindən faydalananlar təşkil edib

Ötən il “Elektron Hökumət” portalı istifadəçilərinin 19 faizini ƏƏSMN-in e-xidmətlərindən faydalananlar təşkil edib
17:03 12 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Ötən ay əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 143 min 363 dəfə faydalanıb. O cümlədən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 114 min 952 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 28 min 411 dəfə istifadə qeydə alınıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hər iki e-xidmət 2014-cü ilin ortalarında ölkəmizdə əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən istifadəyə verilib və əhalinin ən çox müraciət etdiyi e-xidmətlər sırasındadırlar.
Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək müqaviləsi bağlanıldığı, ona dəyişiklik edildiyi və ya xitam verildiyi halda bu barədə müvafiq bildiriş formasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi üçün nəzərdə tutulub. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir.
“Elektron Hökumət” portalından ümumi istifadənin dekabr ayı ərzində 23,4 faizi (168 584 dəfə istifadə) və ya 2015-ci il ərzində 19 faizi (2 210 442 dəfə istifadə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub.
Ümumilikdə ötən iki ilə yaxın müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 4,7 milyon dəfə istifadə edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Elektron_Hokumet_portali_istifadechilerinin_19_faizini_AASMN_in_e_xidmetlerinden_faydalananlar_teskil_edib-917805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR