Yevlaxda qardaş müəllimə bacısını öldürdü

Yevlaxda qardaş müəllimə bacısını öldürdü
17:06 12 Yanvar 2016
419 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlaxda qətl hadisəsi baş verib. Qardaş qısqanclıq zəminində öz bacısını öldürüb.

Yevlax Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin həyətində qeydə alınıb.

Məktəbdə piano müəlliməsi işləyən 1980-cı il təvəllüdlü Ahu Nadir qızı Hüseynova qardaşı, 1982-ci il təvəllüdlü Veysəl Nadir oğlu Hüseynov tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan qadın hadisə yerindəcə dünyasını dəyişib.

Prokurorluqdan ANS PRESS-ə bildirilib ki, hadisəyə səbəb Ahu Hüseynovanın boşanması, boşandıqdan sonra haqqında müəyyən söz-söhbətin dolaşması olub. Qardaşı Nadir Hüseynovun yaranan söz-söhbət xoşuna gəlmədiyi üçün bacısını izləyib və məktəbin həyətində onu öldürüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qətli törədən qardaş tutularaq istintaqa təhvil verilib.

Əlavə edək ki, öldürülən qadının iki azyaşlı övladı var.

Oxşar hadisə dekabr ayının 12-də Lerikdə baş verib. Rayonun Kavoy kəndində yaşayan kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev aralarında yaranan mübahisə zəminində bacısı, 1983-cü il təvəllüdlü Xəyalə Şahverdiyevaya çoxsaylı bıçaq zərbələri endirib. Qadın aldığı bıçaq zədələrindən hadisə yerində dünyasını dəyişib.

Dünyasını dəyişən qadın qətldən bir bir müddət əvvəl ərindən boşanıb və 1 övladı olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR