Bakının Nizami rayonunda Naxçıvanski küçəsi təmir olunur

Bakının Nizami rayonunda Naxçıvanski küçəsi təmir olunur
17:08 12 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Paytaxtın Nizami rayonunda Naxçıvanski küçəsi təmir olunur.
“Azəryolservis” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, artıq sözügedən küçənin bir istiqaməti üzrə - Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 8500 kvadratmetr sahənin asfaltlanması işləri aparılıb.
Ortalama eni 9 metr olan küçəyə 1560 paqonmetr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 34 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.
Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Analoji işlərin Naxçıvanski küçəsinin əks istiqaməti üzrə - Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospektinə doğru olan hissəsində də aparılmasına start verilir. Bu hissənin də uzunluğu təqribən 850 metr, ortalama eni isə 9 metrdir.
Təmir-tikinti işləri çərçivəsində küçənin 8800 kvadratmetr sahəsinə yüksək keyfiyyətli yeni asfalt-beton örtüyü döşənəcək. Küçə boyu 1640 paqonmetr səki daşı yenilənəcək. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yağış barmaqlıqları yenilənəcək.
Daha sonra nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparıldıqdan sonra küçə tam yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Aparılan işlərlə əlaqədar olaraq yaranmış müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Nizami_rayonunda_Naxchivanski_kuchesi_temir_olunur-917810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR