​Çində problemli kreditlərin həcmi kəskin artıb

17:12 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Agentliyin əldə etdiyi məlumata əsasən, Çin Bank Tənzimləməsi İdarəsinin rəhbəri Şanq Fulin bildirib ki, ölkənin bank sektorunda problemli kreditlər 10 rüb, kommersiya banklarında isə 17 rübdür ardıcıl artır.
Qeyd edək ki, Çin bankları əvvəllər problemli kreditlərin həcmini az göstərməkdə ittiham olunub.
Ş.Fulin Çin banklarının gəlirlərinin 2011-ci ildə 39,5%, 2014-cü ilin yekununda isə 2,3% artdığına diqqət çəkib. Problemli kreditlərin isə 2011-ci ildə 1,05 trln. yuan (160 mlrd. dollar), 2015-ci ildə isə 1,95 trln. yuan (296,8 mlrd. dollar) olduğunu qeyd edib: "Dərhal borcların yenidən maliyyələşdirilməsini həyata keçirməli, borc problemi olan şirkətlərə yardım etməliyik".
Qeyd edək ki, Çində ÜDM-in həcmi 2015-ci ildə 11,085 trln. dollar təşkil edib. Yəni, 2016-cı il yanvarın 1-nə problemli kreditlərin ÜDM-də xüsusi çəkisi 2,7%-ə çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/cinde-problemli-kreditlerin-hecmi-keskin-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR