Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabğ bölgəsində 3 nəfərdə "H1N1" virusu ("donuz qripi") aşkarlanıb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, Ermənistan Səhiyyə Nazirliyinin Virusologiya Laboratoriyasına aparılan üç nümunədə "donuz virus"unun olduğu təsdiqlənib.
Yanvarın 11-ə olan məlumata əsasən, işğal altında olan ərazidə 332 nəfərin qrip virusuna yoluxduğu müəyyən edilib, onların 275-i 18 yaşınadək yeniyetmədir.