Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Nardaranda sökülən obyektlərə görə 11 nəfərə kompensasiya verilib

​Nardaranda sökülən obyektlərə görə 11 nəfərə kompensasiya verilib

Date: 12 January 2016 17:17

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində yolun genişləndirilməsi ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə görə 11 nəfərə kompenasiya verilib.
Bu barədə "Report"a "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.
O bildirib ki, sökülən 51 obyektin də sənədləri hazırlanır, yaxın vaxtlarda onlara kompensasiya ödəniləcək: "Növbəti mərhələdə isə torpaq sahələrinə görə kompensasiyalar ödəniləcək."0
Qeyd edək ki, Abşeron keçəsində siyahıya alınmada yolun tikintisi altına düşən 96 təsərrüfat qeyd alınıb. Hazırda qeydə alınan 96 təsərrüfatdan obyektindən 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.

Tags:  Nardaranda sökülən obyektlərə 11 nəfərə kompensasiya verilib

RƏYLƏR


Top news