Sabirabad rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Osmanli kəndində qeydə alınıb.
Kənd sakini olan cavan oğlan ayağından güllə yarası xəsarəti ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.
Milli.Az