Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 12-dən etibarən Azərbaycanda aksiz malların plastik kartlarla satışı dayandırılıb. "Report" xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov AzTV-yə müsahibəsində bildirib.
Qeyd olunur ki, bu qərar sahibkarların dövlət başçısına müraciətləri əsasında qəbul edilib.