Spirtli içkilərin plastik kartlarla satışı dayandırıldı

Spirtli içkilərin plastik kartlarla satışı dayandırıldı
17:36 12 Yanvar 2016
59 Şou
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda aksizli malların plastik kartlarla satışı yanvarın 12-dən dayandırılıb".

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevə çox sayda müraciətlər olub və sahibkarlığın inkişafına dəstək istiqamətində atılan addımlara əlavə olaraq, spirtli içkilərin plastik kartlarla satışı dayandırılıb.

S.Ələkbərov qeyd edib ki, ölkədə kifayət qədər POS-terminal var:
 
"Ticarət və ictimai-iaşə obyektlərində 86 mindən artıq POS-terminal quraşdırılıb və ehtiyac olarsa, əlavə POS-terminalların quraşdırılması üçün hər cür imkanlarımız var. Sadəcə olaraq, insanlar buna alışmır. Kartlar da kifayət qədərdir. Bu gün Azərbaycanda 6 milyondan artıq ödəniş kartı var".

Nazir müavininin sözlərinə görə, o ki qaldı spirtli içkilərin nağdsız ödənişinə, burada prinsip etibarilə ciddi bir problem yoxdur:

"Sadəcə olaraq, sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab Prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq, cənab Prezident həmişəki kimi, yenə də sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR