Altı klubumuz “CBC Sport” kuboku yarışlarında qüvvəsini sınayacaq

Altı klubumuz “CBC Sport” kuboku yarışlarında qüvvəsini sınayacaq
17:43 12 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Qış fasiləsi zamanı xaricə gedə bilməyən futbol klublarımız üçün təşkil olunan “CBC Sport” kuboku yarışlarının reqlamentində dəyişiklik olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcədən turnirdə səkkiz klubun iştirakı nəzərdə tutulmuşdu. Hətta püşkatma da buna uyğun edilmişdi. Amma öncə birinci divizion təmsilçisi “Qaradağ-Lökbatan”, daha sonra isə “Xəzər-Lənkəran” turnirdə iştirakdan imtina edib. Bu üzdən də turnir altı klubun iştirakı ilə keçiriləcək. Bunlar elita təmsilçiləri – “Neftçi”, AZAL, “Rəvan”, həmçinin birinci divizionda çıxış edən MOİK, “Şərurspor” və “Neftçala” komandalarıdır.
“A” qrupunda “Rəvan”, “Neftçala”, “Şərurspor”, “B” qrupunda isə “Neftçi”, AZAL və MOİK mübarizə aparacaq. Turnirə yanvarın 14-də start veriləcək. Açılış matçında “Neftçi” ilə AZAL üz-üzə gələcək. Bütün oyunlar hər gün eyni vaxtda - saat 13:00-da start götürəcək.
Qrupda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. Burada isə dörd klub finala vəsiqə uğrunda mübarizə aparacaq.
Yanvarın 24-nə nəzərdə tutulan final matçı istisna olmaqla, bütün oyunlar “Bayıl Arena”da təşkil olunacaq. Finala çıxacaq komandaların dueli isə Bakı Olimpiya Stadionunda keçiriləcək.
Turnirin təqvimi aşağıdakı kimidir:
“A” qrupu
15 yanvar. “Neftçala” – “Şərurspor”
17 yanvar. “Rəvan” –“Neftçala”
19 yanvar. “Şərurspor” – “Rəvan”
“B” qrupu
14 yanvar. “Neftçi” – AZAL
16 yanvar. AZAL – MOİK
18 yanvar. MOİK – “Neftçi”

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alti_klubumuz_CBC_Sport_kuboku_yarislarinda_quvvesini_sinayacaq-917822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR