Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Lüt şəkillər çəkdirir, fotoşopla bədənini düzəltdirir..." - Nisə Qasımova

"Lüt şəkillər çəkdirir, fotoşopla bədənini düzəltdirir..." -  Nisə Qasımova

Date: 12 January 2016 17:46

“Atamın, anamın mənə verdiyi ada, soyada layiq olmaq istəyən biriyəm. O "karifey, ulduz, sənətkar" sözlərini verirəm başqalarına. Mən peşəkar və dahi sözünü seçsəm yaxşıdır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. O, gündəmə qalmaqalla gələn müğənniləri qınayıb:

“Bu da şou-biznesin bir əlamətidir. Bəzi gözəllər öz xasiyyətlərinə, xislətlərinə görə özlərini, gözəlliklərini itirirlər. Lüt şəkillər çəkdirir, fotoşopla bədənini korreksiya edib,  “Mən gözəl qadınam. Şou-biznesi mən yaratdım” deyib, gündəmə gələ bilərlər. Amma bu aləm sənin sənətindir, fəaliyyətinlə özünü göstər. Danışdıranda deyirlər ki, “16 yaşım var. Bağçadan birbaşa səhnəyə atılmışam. Neçə ilin sənətkarıyam”. Adamın belələrinə gülməyi gəlir”.

Tags:  Lüt şəkillər çəkdirir fotoşopla bədənini düzəltdirir Nisə Qasımova

RƏYLƏR


Top news