Aktual mövzular: Dollar alış-satışı , 20 Yanvar, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Zəlimxan Yaqubun ailəsi Prezidentə təşəkkür etdi

Zəlimxan Yaqubun ailəsi Prezidentə təşəkkür etdi

President signs decree on awarding employees of communications and information technologies sphere (02 December 2016 17:34)

Date: 12 January 2016 17:56

"Zəlimxan Yaqubun son 6 ildə səhhəti ilə bağlı yaranan problemləri cənab Prezidentimiz şəxsən nəzarətdə saxlayırdı, onunla yaxından maraqlanırdı. Dövlət başçısı bizə lazımi və hərtərəfli köməklik göstərib, maddi və mənəvi yardımını əsirgəməyib. Cənab Prezidentin atamın yas mərasimində iştirakı isə Zəlimxan Yaqub sənətinə verdiyi ən böyük dəyərlərdən biri, sonsuz ehtiramın bariz nümunəsidir".

Bunu Trend-ə açıqlamasında mərhum xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov deyib.

O, verdiyi dəstəyə görə ailəsinin adından prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

B.Yaqubov bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Z.Yaqub sənətinə və şəxsiyyətinə bəslədiyi hörməti, səmimi münasibəti eyni tərzdə davam etdirdi: "Ölkə başçısı onun sağlığında şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət verdi. Onun sənətini yüksək dövlət təltifləri ilə dəyərləndirdi. Bu dünyadan köçəndən sonra da onun ruhuna sonsuz hörmət və məhəbbətini göstərdi. Zəlimxan Yaqub həyatı boyu hansı uğur qazanmışdısa, xalqın ürəyinə nə cür yol tapmışdısa, möhtərəm Prezidentin yüksək diqqət və qayğısından, maddi və mənəvi köməyindən sonra bu sevgi daha da artdı".

Qeyd edək ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi ilə vida mərasimində Prezident İlham Əliyev də iştirak edib.


Tags:  zelimxan yaqubun oglu zelimxan yaqubun ailesi zelimxan yaqub prezident ilham eliyev


RƏYLƏR


Top news