Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Date: 12 January 2016 18:01

İstanbulun Sultanəhməd meydanında baş verən və 10 nəfərin ölümü ilə nəticələnən terrorla bağlı prezident İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib.

Axşam.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Tags:  İlham Əliyev Ərdoğana başsağlığı verdi

RƏYLƏR


Top news