Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstan prezidenti Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib

Gürcüstan prezidenti Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib

Date: 12 January 2016 18:07

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib.

"Report"un Gürcüstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Georgi Marqvelaşvili olayla bağlı "bu, həm Azərbaycan, həm də Gürcüstan üçün böyük itkidir" deyib.

Gürcüstan prezidenti mərhum Zəlimxan Yaqubun ölkələr arasındakı ədəbi münasibətlərin inkişafında qiymətsiz rolunun olduğunu vurğulayaraq, Azərbaycan xalq şairinin xidmətlərinə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edildiyini xatırladıb.

"Əminəm ki, Zəlimxan Yaqubun əziz xatirəsi və yaradıcılığı gələcək nəsillərin qəlbində daim yaşayacaq", - deyə mətbuat xidmətinin məlumatında bildirilir. 

Xatırladaq ki, Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqub yanvarın 9-da vəfat edib.


Tags:  gurcustan prezidenti zelimxan yaqub georgi marqvelasvili georgi marqvelasvili zelimxan yaqub gurcustan prezidenti bassagligi


RƏYLƏR


Top news