Nardaranda sökülən obyektlərə görə kompensasiya verildi

Nardaranda sökülən obyektlərə görə kompensasiya verildi
18:05 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində yolun genişləndirilməsi ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə görə 11 nəfərə kompenasiya verilib.

Milli.Az aznews.az-a İstinadən bildirir ki, bu barədə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O bildirib ki, sökülən 51 obyektin də sənədləri hazırlanır, yaxın vaxtlarda onlara kompensasiya ödəniləcək: "Növbəti mərhələdə isə torpaq sahələrinə görə kompensasiyalar ödəniləcək".

Qeyd edək ki, Abşeron küçəsində siyahıya alınmada yolun tikintisi altına düşən 96 təsərrüfat qeyd alınıb. Hazırda qeydə alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR