Bakıda maaşını ala bilməyən işçi müdirinin evini yardı - FOTO

Bakıda maaşını ala bilməyən işçi müdirinin evini yardı - FOTO
18:17 12 Yanvar 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Xəzər rayoununun Şüvəlan qəsəbəsində villadan oğurluq edən şəxsləri saxlayıblar. 

Milli.az musavat.com-a istinadən bildirir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, fərdi yaşayış evinin qarət edilməsi ideyasını Quba rayon sakini Məhəmməd Sərdarov verib. Məhəmmədi bu cinayətə sövq edən səbəb işlədiyi yerdə müdirinin ona maaş verməməsi olub. 

Məhəmməd tanışlarını da başına yığaraq, müdirindən qisas almaq üçün coxmərtəbəli fərdi yaşayış evini qarət etməyə gedib: "Hasardan tullandım içəri, qapını açdım. Çağırdım uşaqları, gəldilər. Götürdük, çıxdıq getdik".

Tanışlar evdən əntiq ev əşyaları və velosiped oğurlayıblar. Əldə etdikləri qənimətləri isə Sabunçu bazarındada satmağa çalışıblar.

Daha sonra dəstə üzvü Rəşad Əzimovun Bakıda gizlətdiyi 19 kiloqram marixuananı da götürərək Quba rayonuna  üz tutublar. Lakin onların sevinci cox çəkməyib və yolda tutulublar

Faktla bağlı araşdırmalara başlanılıb, istintaq davam etdirilir.







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR