Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Yeddi oğul istərəm" kinosunun çəkildiyi yerlərin xoş xatirəsi... - FOTO

"Yeddi oğul istərəm" kinosunun çəkildiyi yerlərin xoş xatirəsi... - FOTO

Date: 12 January 2016 18:12

Uzun illər izlədiyimiz milli filmlərimizdə elə kadrlar var ki, dönə-dönə baxmaqdan doymuruq. Xüsusən də o yerlər öz gözümüzlə gördüyümüz yerlər olanda. Azərbaycan kino sənətinin incilərindən olan "Yeddi oğul istərəm" də Qazax sakinlərinin ən sevdiyi ekran əsərlərindəndir. 

Milli.Az-ın Kəpəz TV-yə (Region TV) istinadən verilən məlumata görə, filmin bir hissəsi bu rayonun Yuxarı Salahlı kəndində çəkilib. Söhbət filmdə atlıların təpə üstündə cərgə ilə gedişini əks etdirən kadrlardan gedir. 46 il öncə Səməd Vurğunun "Komsomol" poeması əsasında ekranlaşdırılan bu əsərdə hadisələr Qazax mahalında cərəyan edir. Filmin çəkilişləri Qobustanda, Bakı kəndlərində, bir hissəsi isə Qazaxın Yuxarı Salahlı kəndində lentə alınıb. 

Filmin çəkilişləri gənclik dövrlərinə düşən bu insanlar həmin anların xoş bir hadisə kimi daima yaddaşlarına həkk olunduğunu deyirlər. "Yeddi oğul istərəm" tammetrajlı bədii filminin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissoru isə Tofiq Tağızadədir. Rolları Həsən Məmmədov, Həsənağa Turabov, Ənvər Həsənov, Elçin Məmmədov, Əbdül Mahmudov, Şahmar Ələkbərov və başqaları canlandırıblar. 

Milli.Az







Tags:  Yeddi oğul istərəm kinosunun çəkildiyi yerlərin xoş xatirəsi FOTO


RƏYLƏR


Top news