“Bir qrup sakin süni qiymət artımına etiraz edib”- İcra başçısının müavini

“Bir qrup sakin süni qiymət artımına etiraz edib”- İcra başçısının müavini
18:14 12 Yanvar 2016
85 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Siyəzən rayonunda bir qrup sakinin İcra Hakimiyyətinin qarşısına toplaşmasına qurumdan münasibət bildirilib.

 

Siyəzən rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Zəfər Əliyev APA-ya açıqlamasında bildirib ki, icra hakimiyyətinin qarşısına gələn vətəndaşlar əsasən unun və digər ərzaq məhsullarının süni qiymət artımına etiraz ediblər: "Onlar həmçinin quşçuluq təsərrüfatında öz hesabına məzuniyyətə buraxılanların işlə təmin olunmasını istəyiblər".

 

Z. Əliyevin bildirdiyinə görə, Siyəzən RİH-nin başçısı Asif Hüseynov vətəndaşları qəbul edib: "Görüşdə rayon sakinləri 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Tahir Süleymanovla görüşün keçirilməsini istəyiblər. Sabah saat 09:00-da rayonun Mədəniyyət sarayında görüş keçirilməsi planlaşdırılıb".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR