Gürcüstan prezidenti Zəlimxan Yaqubun ölümü ilə bağlı başsağlığı verdi

Gürcüstan prezidenti Zəlimxan Yaqubun ölümü ilə bağlı başsağlığı verdi
18:16 12 Yanvar 2016
152 Şou
Ölkə mətbuatı
A- A+

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib.

Axşam.az-ın Report-a istinadən verdiyi xəbərə görə, G.Marqvelaşvili olayla bağlı "bu, həm Azərbaycan, həm də Gürcüstan üçün böyük itkidir" deyib.

Gürcüstan prezidenti mərhum Z.Yaqubun ölkələr arasındakı ədəbi münasibətlərin inkişafında qiymətsiz rolunun olduğunu vurğulayaraq, Azərbaycan xalq şairinin xidmətlərinə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edildiyini xatırladıb.

"Əminəm ki, Zəlimxan Yaqubun əziz xatirəsi və yaradıcılığı gələcək nəsillərin qəlbində daim yaşayacaq", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR