Siyəzənin icra başçısının müavini: “Bir qrup sakin süni qiymət artımına etiraz edib”

Siyəzənin icra başçısının müavini: “Bir qrup sakin süni qiymət artımına etiraz edib”
18:31 12 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Siyəzən rayonunda bir qrup sakinin İcra Hakimiyyətinin qarşısına toplaşmasına qurumdan münasibət bildirilib.

ANS PRESS-in məlumatına görə, Siyəzən rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Zəfər Əliyev APA-ya açıqlamasında bildirib ki, icra hakimiyyətinin qarşısına gələn vətəndaşlar əsasən unun və digər ərzaq məhsullarının süni qiymət artımına etiraz ediblər:

"Onlar həmçinin quşçuluq təsərrüfatında öz hesabına məzuniyyətə buraxılanların işlə təmin olunmasını istəyiblər".

Z. Əliyevin bildirdiyinə görə, Siyəzən RİH-nin başçısı Asif Hüseynov vətəndaşları qəbul edib: "Görüşdə rayon sakinləri 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Tahir Süleymanovla görüşün keçirilməsini istəyiblər.

Sabah saat 09:00-da rayonun Mədəniyyət sarayında görüş keçirilməsi planlaşdırılıb".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR