Azərbaycan şahmatçısı açıq Avstraliya çempionatının qalibi olub

Azərbaycan şahmatçısı açıq Avstraliya çempionatının qalibi olub
18:38 12 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Avstraliyanın Melbrun şəhərində şahmat üzrə açıq ölkə çempionatı başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizi təmsil edən beynəlxalq usta Kənan İzzət 11 oyundan 8.5 xal toplayaraq yarışın qalibi adını qazanıb.
Yerli şahmatçılar Bobbi Çen 8 xalla ikinci, Karl Zelesko isə 7,5 xal toplayaraq üçüncü yerin sahibi olublar.
Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilib və 34 şahmatçı qələbə uğurunda mübarizə aparıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchisi_achiq_Avstraliya_chempionatinin_qalibi_olub-917844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR